Amerikanın səsi ▪ Azerbaijani
Ən Etibarlı Xəbər Mənbəyi

Mətn
Axtar

 
Əkbər Ələmi parlamentdə May hadisələri ilə bağlı dinləmələr tələb edir

13/01/2007

Akbar-Alami-3
Əkbər Ələmi
İranın Fəhlə Xəbər Agentliyinin (ILNA) verdiyi məlumata görə, Iran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Təbriz millət vəkili Əkbər Ələmi yanvarın 11-də Milli Məclisdə etdiyi çıxış zamanı May hadisələri ilə əlaqədar Daxili işlər və Müdafiə nazirlərinə göndərdiyi sorğularına cavab almadığından şikayət edib.

Dinc may mitinqlərinin qəddarcasına dağıdılması, insanların aşırı polis gücünün tətbiqi nəticəsində xəsarətlər alması, günahsız insanların həbsi ilə bağlı hadisələrdən dərhal sonra sorğu göndərdiyini bildirən Ələmi, günahkarların indiyə kimi məsuliyyətə cəlb olunmamasından hiddətləndiyini deyib.

Millət vəkili daxili işlər və müdafiə nazirlərinin iştirakı ilə parlament dinləmələrinin keçirilməsini tələb edəcəyini deyib və bu baş verməmiş həmin rəsmilərdən ciddi tədbirlər tələb edib.

İLNA (İran Fəhlə xəbər Agentliyi) agentliyinə müsahibə verən cənab Ələmi deyib: “Mən sizi əmin edirəm ki, əgər hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin repressiv və təhrik edici əməlləri olmasaydı, biz Azərbaycanın müxtəlif şəhərlərində bundan sonra baş verən xoşagəlməz hadisələrin şahidi olmazdıq. İran Konstitusiyası insanların dinc nümayiş keçirmək və sərbəst toplaşma hüququnu tanıyır və vətəndaşların ictimai, siyasi, sosial bərabərliyinə təminat verir”.

Əkbər Ələmi hüquq-mühafizə orqanlarına sual edir: “Azərbaycan sakinlərini nəyə əsasən bu zülmə məruz qoyublar? Nəqədə və Mişkinşəhrdə qətllərin məsuliyyətini kim daşıyır? Kor olan gözlərə sə digər xəsarətlərə görə kim cavab verməlidir? Bu özbaşına hərəkətləri törədənlərin təqibi və cəzalandırılması üçün hansı işlər görülüb? May nümayişləri zamanı alınan yaraların sağalması üçün indiyə qədər nə edilib?”

Əkbər Ələmi bildirir ki, İran konstitusiyasına görə, hətta həbsdə olan cinayətkarların belə heysiyyətinə toxunmaq qeyri-qanunidir. Halbuki günahsız Azərbaycan əhalisinə qarşı belə addımlar atılıb. Təbriz millət vəkili İran ədliyyə orqanlarının rəhbəri ayətulla Şahrudiyə də müraciət edərək, May hadisələri zamanı zərər çəkənlərin müxtəlif məhkəmələrdə dondurulmuş şikayətlərinə təcili şəkildə baxılması barədə sərəncam verməsini xahiş edib.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Məlumatı çap etmək
  Baş xəbərlər
Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı

  Başqa xəbərlər
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir
Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir
ABŞ-ın üç nəhəng  şirkəti iflasa uğrayacağı barədə xəbərdarlıq edir
ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək
Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır
İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi
Leyla Zana Türkiyə məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi
Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib
Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb
Hebron sakinləri zorla evakuasiya edilib
Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri
Helsinkidə Qarabağ danışıqları keçirilir
ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır
Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər  Audio Clip Available
Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır
Qubernator Bill Riçardson ticarət naziri vəzifəsinə nominasiya edilib
Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi planı NATO tərəfindən dəstəklənib
İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir
Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`