ABŞ hərbçiləri deyirlər ki,
koalisiya qüvvələri Bağdadda iki xüsusi qrupun üzvlərini həbs ediblər. Bu iki şəxs bu gün koalisiya qüvvələrinə
hücum məqsədilə militantları silah və təlimlə təchiz edən adamın evinə reyd
zamanı yaxalanıb. Hərbçilər adətən
“xüsusi qrup” anlayışını İranın himayə etdiyi şiə militantlarına istinad
edərkən işlədirlər.
Başqa xəbərdə
İraqın xarici işlər naziri Hoşyar Zebari İordaniya kralı Abdullanın tezliklə
İraqa səfər edəcəyini bildirib. Bu,
2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsindən bəri bu ölkəyə Ərəb lideri
tərəfindən ediləcək ilk səfər olacaq.