İranın xarici işlər naziri
Mənuçehr Möttəki deyir ki, Tehranın nüvə proqramı ilə bağlı İranla Qərb
arasında yeni danışıqlar başlayıb.
Cənab Mötəkki bildirib ki, Tehran İranın uran zənginləşdirilməsini dayandırmağa
yönəlmiş insentivlər paketini konstruktiv mövqedən nəzərdən keçirir. Mənuçehr Mötəkki həmçinin İranın məsələ ilə bağlı
təkliflərlə çıxış etdiyini bildirib.
İran rəsmiləri əvvəllər də təklif paketləri haqda danışıqlar aparmağa
razı olmuş, lakin uran zənginləşdirilməsini dayandırmaqdan imtina
etmişlər.