Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Gürcüstanla Azərbaycan neftin nəqli üçün danışıqlar aparır

18/08/2008

Heritage Foundation
Heritage Foundation
Gürcüstan hakimiyyəti Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilməli neftin Avropaya çatdırılması üçün Azərbaycana alternativ marşrutlar təklif edib. Bu barədə Gürcüstanın Re-inteqrasiya naziri Temuri Yakobaşvili avqustun 18-də Vaşinqtondakı "Heritage" Fondunda təşkil olunan telekonfransda bildirib. O deyib ki, əsas neft kəmərinin fəaliyyəti bu günlərdə Rusıyanın Gürcüstanda başladığı hərbi əməliyyatlardan sonra iflic olub. "Biz hazırda azərbaycanlı həmkarlarımızla neftin nəqlini davam etdirmək üçün danışıqlar aparırıq"- deyə nazir vurğulayıb.

Cənab Yakobaşvili neftin alternativ nəql marşrutları kimi Batumi və Poti limanının adını çəkib. Onun sözlərinə görə, Potidəki liman Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən icarəyə götürülüb. Bununla yanaşı, Gürcüstanın re-inteqrasiya naziri BTC neftinin Bakı-Novorossiysk kəməri ilə Rusiya vasitəsilə nəql ediləcəyi barədə yayılan məlumatları "şişirdilmiş" adlandırıb.

Konfransda iştirak edən Gürcüstanın Amerikadakı səfiri Vasil Sikharulidze bildirib ki, ümumilikdə müharibə regionun iqtisadi infrastrukturuna və nəqliyyat layihələrinə pozucu təsir göstərib. Onun sözlərinə görə, Rusiya Cənubi Osetiya və Abxaziya problemlərini Gürcüstandan ayrılmaq istəyən bu iki regionun mərkəzi hökumətlə münaqişəsi kimi təqdim edir, halbuki, bu, Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalı problemidir. Səfir beynəlxalq ictimaiyyəti, xüsusilə də Qərb dövlətlərini məsələyə biganə qalmamağa və Rusiyanın Abxaziya və Cənubi Osetiyaya dəstəyinin qarşısını almağa çağırıb.

"Heritage" Fondundan Ariel Koen isə bildirib ki, Gürcüstana qarşı təcavüz ayrıca bir hal kimi qiymətləndirilməməlidir. Onun fikrincə, Rusiyanın son addımları ümumilikdə keçmiş sovet respublikalarının müstəqilliyini təhlükə altında qoya bilər. Belə ki, Azərbaycan kimi digər ölkələrin də ərazisində təcavüz problemi var. Bundan əlavə, ekspert diqqəti ona yönəldib ki, Gürcüstan Azərbaycandan və Mərkəzi Asiyadan gələn neft və qaz üçün əvəzolunmaz tranzitdir və əgər həmin tranzit kəsilsə, onda Qərbin şaxələnmiş enerji təchizatına olan ümidləri puç ola bilər.

Konfransda daha sonra vurğulanıb ki, əgər Rusiya Gürcüstanı nəzarət altında saxlamaqda davam etsə və qanuni seçilmiş Gürcüstan prezidentinin devrilməsinə nail olsa, növbəti atəşin alovu Ukraynanı, sonra isə digər yeni müstəqil ölkələri bürüyəcək.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı

  Başqa xəbərlər
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir
Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir
ABŞ-ın üç nəhəng  şirkəti iflasa uğrayacağı barədə xəbərdarlıq edir
ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək
Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır
İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi
Leyla Zana Türkiyə məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi
Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib
Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb
Hebron sakinləri zorla evakuasiya edilib
Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri
Helsinkidə Qarabağ danışıqları keçirilir
ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır
Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər  Audio Clip Available
Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır
Qubernator Bill Riçardson ticarət naziri vəzifəsinə nominasiya edilib
Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi planı NATO tərəfindən dəstəklənib
İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir
Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`