NATO-nun xarici işlər nazirləri Brüssel görüşləri zamanı Rusiyanı hərbi
qüvvələrini tez bir zamanda Gürcüstan ərazilərindən çıxarmağa və sülh
razılığına əməl etməyə çağırıblar. Alyans nümayəndələrinin keçirdiyi bu görüşdə
Gürcüstan dəstəklənmiş, Rusiya isə Qafqaz ölkəsinə təcavüz etdiyi üçün
günahlandırılmışdır. Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays nazirlərin
açıq mesaj göndərdiklərini deyir. O deyib ki, bu, Gürcüstanın
demokratiyasına dəstək, Rusiya prezidentinin öz NATO nazirləri Gürcüstana
humanitar yardım və siyası dəstəyi dəstəkləmiş, münasibətlərinin daha da
dərinləşdirəcək NATO- Gürcüstan komissiyasının təsis edilməsinə çağırmışlar.NATO-nun
baş katibi Yap de Hup Şeffer deyib ki, Rusiya öz öhdəliklərinə əməl etməsə alyansla münasibətləri pozulacaq.