| Ərdoğan ‘Qafqaz Evi’nə görə Bakıya gedir |
19/08/2008
|
|
"Rəcəb Tayyib Ərdogan Azərbaycana Qafqaz
Evi ideyasını müzakirə etmək üçün gedir". Bunu Bunu Türkiyə baş nazirinin
müşaviri Qeybulla Ramazanoglu "Amerikanın Səsı" radiosuna bildirib. O deyib ki, avqustun 20-də baş tutacaq
birgünlük səfərin əsas mövzusu regional sabitliyin təminidir. "Bu həm siyasət, həm iqtisadiyyat, həm
də etika məsələsidir. Qafqaz evi ideyası ilk dəfə Süleyman Dəmirəl tərəfindən
irəli sürülüb və müzakirə edilsə də konkret nəticə əldə olunmamışdı. İndi Cənab
Ərdogan bu işi reallaşdırmaq istəyir", - deyə Türkiyə baş nazirinin müşaviri
vurgulayıb. Cənab Ramazanoglu onu da bildirib ki,
ideya reallaşsa, ittifaqa ilk növbədə Azərbaycan, Gürcüstan, Ermənistanla
yanaşı Türkiyə ilə Rusiya da
qoşulmalıdır. Onun sözlərinə
görə, gələcəkdə bu ölkələrin sırası daha da genişlənə bilər. Baş nazirin müşaviri deyib ki, Ankara
habelə Qafqazda hərbi qüvvələr balansının qorunması üçün Moskva ilə ayrılıqda
dialoq aparır.
Bu məqaləni göndərin
Çap variantı
|