Əlcəzairin dövlət radiosu bildirib
ki, ölkənin cənubunda, paytaxtdan 130 km məsafədəki Boira şəhərində bu gün həyata keçirilən iki bomba partlayışı
nəticəsində azı 11 nəfər ölmüş, 31 nəfər yaralanmışdır. Məlumatda deyilir
ki, partlayışlardan biri bir sərnişin avtobusu
yaxınlığında, ikincisi isə şəhərin hərbi baş qərargahı yaxınlığında həyata
keçirilimişdir. Hücumların məsuliyyətini dərhal üzərinə götürən olmayıb. Bu
partlayışlar ölkənin şimalındakı İssers şəhərində 43 nəfərin ölümü ilə
nəticələnən maşındakı bomba partlayışından bir gün sonraya təsadüf edir. Dünən Əlcəzairdə həyata keçirilən hücum Birləşmiş Ştatlar da daxil çoxlu ölkə
tərəfindən pislənib.