| Kaan Nazlı: “Qərbin əlindəki kartlar güclü deyil” |
28/08/2008
|
|
"Qərbin Rusiyaya qarşı
əlində tutduğu kartlar çox güclü deyil". Bunu "Amerikanın səsi"
radiosunda keçirilən dəyirmi masada "Medli" İqtisadi Məsləhətlər Mərkəzinin eksperti Kaan Nazlı bildirib. Ekspert diqqəti ona
yönəldib ki, Ümumdünya Ticarət Təşkilatı və NATO ilə əlaqələrin kəsilməsi
Rusiya üçün o qədər vacib deyil. Əksinə, onun fikrincə, Moskva Qərblə
qarşıdurmada daha güclü görünür. "Xüsusilə də enerji baxımından Avropa
Rusyadan asılıdır. Köhnə Avropanın qaz
qaynaqlarının 25 faizi, Şərqi Avropada isə 80 faizi Rusiyadan asılıdır. Buna
görə də Avropanın Rusiya ilə bağlı kəskin qərar qəbul edəcəyi gözlənilmir", -
deyə Kaan Nazlı vurğulayıb. Bununla yanaşı ekspert deyib ki,
Gürcüstanla müharibə Rusiya iqtisadiyyatına böyük zərər vurub, belə ki, birjada
xeyli pul itkisi olub və inflyasiyanın artımı davam edir. "Amma
bu proses qarşıdakı 6 ay üçün pis olacaq. Ümumilikdə isə, ölkənin enerji
qaynaqları Rusiyanın iqtisadiyyatını uzun müddətli risklərdən mühafizə edir" –
deyə ekspert bildirb.
Bu məqaləni göndərin
Çap variantı
|