Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Zeyno Baran: “Qarabağ danışıqlarında yeni mərhələ başlaya bilər”


28/08/2008

Zeyno Baran
Zeyno Baran
"Amerika və Avropa Qarabağ məsələsini Rusiyasız daha aktiv həll edə bilərlər". Bunu "Amerikanın səsi" radiosuna müsahibəsində Hadson Araşdırmalar Mərkəzinin Avrasiya proqramının direktoru Zeyno Baran bildirib. O deyib ki, bundan sonra Qarabağ danışıqlarında yeni mərhələ başlaya bilər: "Fərqli mərhələnin başlanacağını gözləyirik. Çünki Gürcüstandakı proseslər və Amerika ilə NATO-nun Rusiya ilə gərginləşən münasibətlərindən sonra Minsk prosesinin davam etməsi mümkün deyil".
Ekspert diqqəti ona yönəldib ki, Gürcüstandakı böhrandan sonra Qərbin dondurulmuş münaqişələrə yanaşmasında ərazi bütövlüyü prinsipi xüsusilə vacib götürülür.
"Kosovoda vəziyyət fərqli idi. Ancaq Rusiyanın Gürcüstandakı davranışlarından sonra Qərb indi ərazi bütövlüyü məsələsində daha konkret şəkildə Azərbaycanın yanında olacaq", - deyə ekspert vurğulayıb.
Zeyno Baranın fikrincə, erməni diasporu və daxili siyasət Amerika üçün indi Qafqazı qorumaq və enerji təhlükəsizliyini təmin etmək ehtiyaclarından vacib deyil.
"Odur ki, real siyasət hazırda Vaşinqtonda Ermənistanla müqayisədə Azərbaycanın əhəmiyyətini artıracaq", - deyib Zeyno Baran.
Politoloq habelə bildirib ki, Qərb Rusiyanın qarşısında aciz deyil.
Tezliklə Qafqazda Şərq-Qərb enerji dəhlizinin və neft kəmərlərinin təhlükəsizliyini artıracaq tədbirlər görülməlidir. Bunun üçün Tbilisiyə maddi və hərbi yardımlar ediləcək.
"Daha əvvəl NATO-nun BTC-nin təhlükəsizliyində iştirakını senator Luqar gündəmə gətirmişdi": - deyə Zeyno Baran xatırladıb.
ABŞ-ın vitse-prezidenti Dik Çeyninin gələn həftə regiona planlaşdırılan səfərinə toxunan ekspret bildirib ki, məqsəd enerji dəhlizinin təhlükəsizliyini və bölgədəki vəziyyəti nəzərdən keçirməkdir. Onun fikrincə, yüksəkrütbəli Amerika rəsmisi Bakıda və Tbilisidə Qərbin bu ölkələrin yanında olduğu mesajını verəcək.

 

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı

  Başqa xəbərlər
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir
Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir
ABŞ-ın üç nəhəng  şirkəti iflasa uğrayacağı barədə xəbərdarlıq edir
ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək
Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır
İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi
Leyla Zana Türkiyə məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi
Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib
Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb
Hebron sakinləri zorla evakuasiya edilib
Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri
Helsinkidə Qarabağ danışıqları keçirilir
ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır
Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər  Audio Clip Available
Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır
Qubernator Bill Riçardson ticarət naziri vəzifəsinə nominasiya edilib
Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi planı NATO tərəfindən dəstəklənib
İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir
Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`