Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Amerika mətbuatının icmalı


28/08/2008

TV_12may05_newspapers_150

Hazırda Amerika mətbuatında müzakirə olunan 2 əsas məsələ yeni Soyuq Müharibə və enerji təhlükəsizliyidir.
Nyu York Times-a görə, yeni soyuq müharibənin başlamaması üçün  məsuliyyət prezident Medvedevin üzərinə düşür. Qəzet yazır ki, Qərbdən tamamilə üzünü çevirmiş Rusiya çox zaman elə Qərbin təyziqi altında apardığı demokratikləşmə, korrupsiyayla mübarizə fəaliyyətini arxa plana çəkə bilər.
Washington Post prezident Medvedevin Gürcüstandakı münaqişə  bölgələrinin müstəqilliyini tanımaq qərarını əsassız sayır. Qəzet yazır ki, Rusiya liderinin  gətirdiyi arqumentlər keçmişdə Avropada buna oxşar açıqlamalar verən rejimləri yada salır. "Bu açıqlamalar qələbə sərxoşluğuna qapılmış dağılan bir imperiyanı yenidən canlandırmaq yuxusunu görən avtoritar bir hökumətin dedikləridir". Qəzet yazır ki,  Rusiya Qərbin  bəyanat verməkdən başqa bir iş görə bilməyəcəyinə çox zəif və  bölünmüş  vəziyyətdə olduğuna inanır. Şərhdə deyilir ki, əgər  heç nə edilməsə Rusiya Gürcüstandan əsla çəkilməyəcək- və məsələ bununla da qurtarmayacaq.
Newsweek International  jurnalı isə diqqəti Azərbaycana yönəldərək, məşhur politoloq Corc Kennanın bir kəlamını sitat gətirir ki, "Rusiyanın qonşuları onun ya düşməni, ya da vassalı ola bilərlər". Qəzet yazır ki, xüsusilə son hadisələrin fonunda Azərbaycandan Qərbə gedən enerji kəmərləri "daha salamat yol deyil". Qəzet narahatdır ki  indi  hətta Gürcüstan dəhlizinin hesabına yaxşı investisyaların qoyulduğu Azərbaycan da üzünü Rusiyaya tuta bilər.  Azərbaycanın rəsmiləri bildirib ki, ölkənin bütün qaz ehtiyatının Rusiyaya satılması barədə Moskvanın təklifini ciddi şəkildə öyrənirlər. Əgər Bakı buna getsə, - yazır qəzet - Avropanın başqa marşrutla əldə etməyə can atdığı qaz əldən çıxacaq.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Devid  Kramer Bakıda  xarici radiostansiyaların yayımını müzakirə etdi  Audio Clip Available

  Başqa xəbərlər
Mark Almond: `Azərbaycanla Ermənistan mövqelərini aydın bildirsinlər`
Əl-Qaidə lideri B.Obamanı təhqir edib
Ted Stivens demokrat rəqibinə uduzub
B.Klintonun kadrı Obamanın siyahısındadır
ABŞ-ın raket hücumu Əl Qaidə əməliyyatçısı öldürüb
Beynəlxalq ekspert: `Gürcüstandakı müharibə hələ bitməyib`
Vaşinqtonda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası olub
Piratlar Sirius Starı oğurladılar
Avtomobilqayırma sənayesinin başçıları Konqresdən kömək istəyirlər
Britaniyanın yüksək səviyyəli rəsmisi Suriyada səfərdədir
BMT İsraildən Qəzzanın blokadasını dayandırmağı tələb edir
Taliban yaraqlıları ilə qəbilə başçıları arasında qarşıdurma olub
Amerika Dövlət Katibinin köməkçisi Azərbaycanda demokratiya və insan haqlarını müzakirə edib
Eldar Namazov: `Qarabağ problemi 3 məsələdə ilişib`
Barak Obama Con Makkeynlə görüşüb
Azərbaycanda Milli Dirçəliş günü qeyd edilir  Audio Clip Available
İranda zaminə buraxılmış azərbaycanlı tələbələr yenidən məhkəməyə çağırıldı
ABŞ və İraq Amerika hərbi qüvvələrinin ölkədən 2011-ci ilə qədər çıxmasına dair pakt imzalayıb
ABŞ Mətbuatı: Qlobal iqtisadi böhrandan çıxış yolları
Citibank dünya boyu işçi qüvvəsini 14% azaltdığını bildirib
Jurnalist Anna Politkovskayanın qətlində əli olanların məhkəməsi başlayıb
Kaliforniya ştatında yanğınlar davam edir
Ehud Olmert 250 fələstinli məhbusun azad ediləcəyini bildirib
İraq hökuməti Birləşmiş Ştatlarla təhlükəsizliyə dair müqaviləni təsdiq edib
Barak Obama prezidentliyə hazırlıq çərçivəsində Senatda yerindən istefa verdi
Rəcəb Tayib Ərdogan: `Yerevanla dialoqa açığıq`