| Ankarada “Qafqaz evi” müzakirələri keçiriləcək |
Vaşinqton
28/08/2008
|
|
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Qafqazdakı vəziyyəti müzakirə etmək üçün
avqustun 29 -da Türkiyəyə gedəcək. Bu barədə “Amerikanın səsi”nə Türkiyənin
Xarici İşlər Nazirliyindən bildiriblər. Nazirlik
rəsmisi deyib ki, səfər işçi məsləhətləşmə xarakteri daşıyır. Elmar
Məmmədyarov Ankarada Türkiyə prezidenti, baş naziri və başqa rəsmi şəxslərlə
görüşərək, Rusiya-Gürcüstan münasibətlərini
və Ankaranın irəli sürdüyü “Qafqaz Evi” təklifini müzakirə edəcək. Bu
səfərdən sonra Gürcüstan və Rusiyanın da xarici işlər nazirlərinin yaxın
günlərdə Turkiyəyə ziyarətləri nəzərdə tutulub. Nazirlik
rəsmisi tezliklə Ermənistanla da diplomalik səviyyədə “Qafqaz Evi” mövzusunda
müzakirə aparılacağını bildirib.
Bu məqaləni göndərin
Çap variantı
|