Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Con Makkeyn vitse-prezidentliyə namizədi seçdi

29/08/2008

Republican presidential candidate, Sen. John McCain, hugs Republican Alaska Gov. Sarah Palin as McCain announces her as his vice presidential running mate, 29 Aug 2008ABŞ prezident seçkilərində respublikaçı namizəd Con Makkeyn Alyaska ştatının qubernatoru Sara Polini kampaniya tərəfdaşı kimi vitse-prezident seçdiyini elan etdi. Bu respublikaçılar partiyası tarixində qadının ilk dəfə olaraq prezident seçkilərinə qatıldığı demək olacaq.

Bu gün 72 yaşını qeyd edən ABŞ prezident seçkilərində respublikaçı namizəd Con Makkeynin Ohayo ştatının Deyton şəhərində seçicilərlə görüşü zamanı vitse-prezidentliyə namizədini elan etdi.

Sara Polin ölkənin uzaq şimal-qərb ştatı olan Alyaskada korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyytələrinə görə siyasi arenada populyarlaşaraq ilk dəfə olaraq qubernator seçilmişdir.

44 yaşlı qubernator abort, homoseksualların evliliyinin əleyhinə olmaqla, həm sosial, həm də iqtisadi məsələlərdə mühafizəkar mövqe tutur.

Qaz və neftlə zəngin ştatın qubernatoru kimi Polin Qubernatorların Milli Resurslar Komitəsi Assosiasiyasına sədrlik edir. O, Arktika qoruğunda neft çıxarılmasının tərəfdarıdır. Elə bu həftə Sara Polin Alyaskada qaz kəmərinə dair qanun layihəsini imzalayıb.

Sara Polin beş uşaq anasıdır. Onun böyük oğlu 2001-ci il sentyabrın 11-i Birləşmiş Ştatlara qarşı hücumlardan sonra orduya yazıılıb.

Makkeynin kampaniyası demokrat senator Hilari Klintonun tərəfdarlarını cəlb edəcəyinə ümid bəsləyir. Bu inkişaflar Respublikaçılar partiyasının gələn həftənin bazar ertəsi günü qurultayından öncə baş verir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı

  Başqa xəbərlər
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir
Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir
ABŞ-ın üç nəhəng  şirkəti iflasa uğrayacağı barədə xəbərdarlıq edir
ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək
Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır
İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi
Leyla Zana Türkiyə məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi
Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib
Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb
Hebron sakinləri zorla evakuasiya edilib
Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri
Helsinkidə Qarabağ danışıqları keçirilir
ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır
Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər  Audio Clip Available
Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır
Qubernator Bill Riçardson ticarət naziri vəzifəsinə nominasiya edilib
Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi planı NATO tərəfindən dəstəklənib
İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir
Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`