Türkiyənin Kırıkkalə vilayətindəki barıt zavodunda iki partlayış baş verib. Vilayətin
qubernatoru Mustafa Dəmirəl Türkiyə mediasına bildirib ki, zavodda baş verən
iki partlayış azı 2 nəfərin ölümünə, 16 nəfərin isə yaralanmasına səbəb
olub. Partlayışdan sonra zavodun
üzərinin tüstü ilə örtüldüyü, yaxınlıqdakı binaların
şüşələrinin sındığı və təcili yardım
maşınlarının həmin əraziyə tələsdiyi xəbər verilib. Hələlik partlayışın
səbəbləri məlum deyil.