Avropa Birliyi ABŞ-la Gürcüstan məsələsində yaxından əməkdaşlıq etmək istəyir
07/09/2008
İtaliya
xarici işlər nazirinin sözlərinə görə, Avropa Birliyi Gürcüstan böhranı ilə
bağlı ABŞ-la yaxından əməkdaşlıq etmək istəyir. Franko Frattini İtaliya
İqtisadi konfrasında ABŞ Vitse-prezidenti Dik Çeyni ilə danaşıqlar aparandan
sonra bu açıqlamaları verib. Frattini deyib ki, onlar Qafqazda böhranla bağlı
Avropa və Amerika arasında güclü əməkdaşlığaehtiyac olduğu barədə razılığa gəliblər. Dik Çeyni dünən Rusiya ordusunun
Gürcüstana hücumlarını sivil standartlara qəbulolunmaz təhqir kimi
iqymətləndirib. O, qərb dövlətlərini Rusiyanın Avropada artan antaqonist
addımlarına qarşı birləşməyə çağırıb.