Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Amerika Birləşmiş Ştatları Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır

18/08/2008

 

Azərbaycan birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, ölkədə sülh və sabitliyin tezliklə bərpa edilməsinin tərəfdarıdır. Azərbaycan Gürcüstana humanitar yardımlarını davam etdirəcək. Bu barədə bu gün Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bildirib. 

     Onun sözlərinə görə, Rusiya hərbçiləri Gürcüstanda Azərbaycana məxsus infrastruktura nəzarət etmir. Xüsusən, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Poti limanı yaxınlığındakı Kulevi terminalı zədələnməyib. Bununla belə, Azərbaycan yüklərinin Gürcüstan ərazisi ilə daşınmasında problemlər olub.

   Avqustun 6-da Tbilisidən 45 km aralıda dəmir yolu körpüsünün partladılması ilə əlaqədar Azərbaycanın Böyük Kəsik stansiyasında neft və neft məhsulları ilə yüklənmiş 8 qatar dayanıb. Bu barədə isə “Amerikanın səsi”  radiosuna Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, hazırda Gürcüstan dəmiryolçuları azərbaycanlı həmkarları ilə birlikdə partladılmış körpünün yanında yerləşən köhnə birtərəfli dəmir yolu körpüsünün bərpa işlərinə başlayıb.

  Mətbuat katibi hesab edir ki. yaxın 15 günə Gürcüstanın Kaspi şəhərində partladılmış əsas dəmiryol körpüsü də istifadəyə veriləcək. Cənab Əzməmmədov, eyni zamanda hazırda Tbilisiyə qədər sərnişin və yük qatarlarının adi rejimdə işlədiyini deyib.

    Bir həftəlik fasilədən sonra Azərbaycandan Tbilisiyə təyyarə uçuşları da bərpa edib. "Azərbaycan Hava Yolları” şirkətinin  mətbuat katibi Məhərrəm Səfərli Turan agentliyinə bildirib ki,    uçuşlar əvvəlki qrafiklə - gündə iki reys olmaqla hər gün həyata keçirilir.

    Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders də Gürcüstanı dəstəkləyən bəyanatla çıxış edib. Sənəddə deyilir ki, "ABŞ  Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir. Dövlət Katibi Kondoliza Raysın ötən həftə Tbilisiyə səfəri bu dəstəyin bir daha ifadəsidir. Bundan əlavə, Prezident Buş ABŞ-ın Müdafiə nazirliyi ilə həyata keçirilən geniş miqyaslı yardım və yenidənqurma səylərini bəyan edib. Amerika Birləşmiş Ştatları Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır və biz ümid edirik ki, digər ölkələr də beləcə irəli çıxaraq, Rusiyanın müdaxiləsinə məruz qalan Gürcüstanı dəstəkləyəcək”.
  Bəyanatda bildirilir ki,  Rusiyanın hərəkətləri təkcə Gürcüstan üçün təhlükə təşkil etmir. “Bu bölgənin demokratik inkişaf arzusu üçün təhlükə yaradır. Azərbaycan və Gürcüstan kimi suveren dövlətlər, Avropa və Qərblə əlaqələr də daxil olmaqla, özlərinin müəyyən etdiyi kursu davam etdirəcək. Rusiya demokratik yolla seçilən liderlərin bu qərarlarına hörmət etməlidir.
    Son 15 ildə bu bölgə dirçəlmiş, Avropa, Orta Asiya və geniş beynəlxalq ictimaiyyətlə olan əlaqələr güclənmişdir. Bu, təkcə neft və qaz kəmərləri ilə əlaqədar olan fiziki bağlar deyil, bizi birləşdirən dəyər, ideya və niyyət bağlarıdır. Rusiya öz qonşularının demokratik inkişafı və firavanlığını dəstəkləməkdə beynəlxalq ictimaiyyətə qoşulmalıdır"- deyə ABŞ səfiri qeyd edir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı

  Başqa xəbərlər
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir
Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir
ABŞ-ın üç nəhəng  şirkəti iflasa uğrayacağı barədə xəbərdarlıq edir
ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək
Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır
İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi
Leyla Zana Türkiyə məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi
Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib
Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb
Hebron sakinləri zorla evakuasiya edilib
Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri
Helsinkidə Qarabağ danışıqları keçirilir
ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır
Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər  Audio Clip Available
Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır
Qubernator Bill Riçardson ticarət naziri vəzifəsinə nominasiya edilib
Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi planı NATO tərəfindən dəstəklənib
İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir
Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`