Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Azərbaycanlılar və amerikalılar bir-birini necə görür

13/08/2008
Tapdıq Fərhadoğlunun “Azərbaycanlılar və amerikalılar” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Azərbaycanlılar və amerikalılar” reportajı -  - (MP3) audio clip

 

    Azərbaycan Diplomatik Akademiyası "Azərbaycanlılar və amerikalılar: bir-birimizi necə görürük" mövzusunda beynəlxalq konfrans keçirib. Konfransda Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev, Washington Times, Los Angeles Times, The New Republic, Newsweek qəzetlərinin müxbirləri, elektron mətbuatın nümayəndələri, beynəlxalq şərhçilər, yerli mətbuatın təmsilçiləri və politoloqlar iştirak edib.
    Tədbirdə xarici siyasətin formalaşdırılmasında mətbuatın rolu, ABŞ-da keçiriləcək prezident seçkiləri  və onun dünya siyasətinə təsiri, amerikalıların Azərbaycana və azərbaycanlıların Amerikaya münasibəti ilə bağlı müzakirələr keçirilib.

    Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında medianın rolu mühümdür. Onun fikrincə, Qafqazda hadisələrin gərgin məcraya qədəm qoyduğu bir dövrdə belə müzakirələrə daha ciddi ehtiyac hiss edilir.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib ki, medianın xarici siyasətə təsiri məsələsi dövlət media münasibətlərinin tərkib hissəsidir. Onun sözlərinə görə, dövlət medianın inkişafını dəstəkləməlidir. "Çünki inkişaf etmiş media olmadan dövlətin siyasəti yayıla bilməz. Media dövlətin mesajlarını cəmiyyətə və beynəlxalq aləmə çatdırır. Eyni zamanda, ictimaiyyətin və beynəlxalq aləmin reaksiyalarını dərc edir. Bu məlumatlar dəqiq və ədalətli olmalıdır. Belə ki, dövlət siyasəti bu reaksiyalara uyğun nizamlanır. Bu zəncirvari bir fəaliyyətdir və zəncir heç zaman qırılmamalıdır".
     Day.az saytının rəhbəri Elnur Baimov alternativ mətbuatın rolunu qeyd edib. Onun sözlərinə görə, rus-gürcü müharibəsi zamanı ruslar Gürcüstanın bütün saytlarını dayandırıb. "Belə şəraitdə day.az saytı Gürcüstanın xəbərlərini yaydı. Ermənistanda fövqəladə vəziyyət elan ediləndə isə biz erməni müxalifətinin fikirlərini yayırdıq. Bu baxımdan alternativ medianın rolu mühümdür".
    Washington Times qəzetinin yazarı Andrew Breitbart deyib ki, Rus-Gürcü müharibəsi ilə bağlı ABŞ-da məlumat qıtlığı olub. Məqalə yazanda ingilis dilli bir sayt tapa bilmirdik. Hətta məlumatı istinad etməyə belə mənbə tapılmırdı. Onun fikrincə, Cənubi Qafqazdakı son hadisələr bir daha bu regionda alternativ medianın inkişafına diqqətin artırılmasının vacibliyini önə çıxarıb.

"ABŞ-da alternativ fikrin cəmiyyətə çatdırılmasında hətta Hollivud filmlərindən istifadə edilir. Azərbaycanda çoxsaylı peyk antenləri görürəm. Bu insanların alternativ fikri daha çox dəstəklədiyinə işarədir. ABŞ dünyada alternativ fikrin yayılmasında məsuliyyət daşıyır. Ona görə də, ABŞ dünyanın bu hissəsində alternativ fikrin inkişafına kömək etməlidir. Bu bölgədə birtərəfli fikirlilikdən çoxfikirliliyə keçilməsinə yardım edilməlidir".
    Los Angeles Times qəzetinin yazarı Gregory Rodriguzerin fikrincə, 11 sentyabr hadisələrindən sonra xarici ölkələrdə işləyən ABŞ jurnalistlərinin sayı azalıb. "Hazırda ABŞ-da kabel televiziyaları xəbərlər proqramlarının 4 faizini, aparıcı televiziyalar isə 8 faizini xarici xəbərlərə həsr edir. Təhlükələrə gəldikdə isə diqqəti daha çox islam, terrorizmi, qloballaşma, Çinin böyüməsi cəlb edir. Soyuq müharibədən sonra amerikalıların xarici xəbərlərə marağı azalıb".
    Onun sözlərinə görə, ABŞ mətbuatında Azərbaycanla bağlı çox az məlumat dərc edilir. "Dərc edilən xəbərlər isə o qədər mürəkkəb olur ki, oxucu bəzən bilmir, xəbər Sarayevadandır, yoxsa Azərbaycandan".
    MichaelTotten.com saytının rəhbəri Michael Totten bildirib ki, 70-ci illərin əvvəlində medianın təsiri ABŞ-ın Vyetnamdan qoşunlarını çıxarmasına səbəb olub. "Medianın təsiri ilə ictimaiyyət hökumətin siyasətinə qarşı çıxıb. Ancaq İraq müharibəsində belə olmadı. Məlumatlar birtərəfli verildi və media ictimai rəyə təsir edə bilmədi. Ona görə də, ABŞ qoşunlarının İraqdan nə vaxt çıxacağı hələ də bəlli deyil. Nə qədər ki, media ictimai rəyə təsir edəcək dərəcədə məlumatlar dərc etməyəcək, o vaxtadək  İraqda vəziyyət dəyişməyəcək".
    Cənab Totten ABŞ mətbuatında Azərbaycanla bağlı məlumatların dərc edilmədiyini deyib."Bu onunla bağlıdır ki, xüsusilə Azərbaycan tərəfindən ABŞ mediasına məlumat verilmir. Siz məlumat versəniz ABŞ ictimaiyyətinin rəyini qazana bilərsiniz və ictimai rəy hökumətə təsir edər. ABŞ-da erməni lobbisi ilə bağlı məlumatlar dərc edilir, ancaq Azərbaycan lobbisinin olub-olmaması barədə təsəvvür belə yoxdur".
    Jurnalist Gürcüstanın Rusiya ilə münaqişədə ictimai rəyə çıxdığını deyib. "Ancaq Siz ictimai rəyə çıxmaq üçün Rusiya ilə qarşıdurmaya getməyin. Çünki ABŞ ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsində Rusiyanın hansı rol oynadığını bilmir. Çünki daxildən bununla bağlı mediaya hər hansı məlumat verilmir. Bu münaqişə ilə bağlı nə baş verdiyini ABŞ ictimaiyyəti bilmir. Ancaq Rus-Gürcü müharibəsindən sonra ABŞ ictimaiyyətini regionla bağlı məlumatlar daha çox maraqlandırmağa başlayıb. Bu məlumatların verilməsi Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb etməlidir" - deyə o qeyd edib.

    Jurnalist Kamal Əli Azərbaycan hökumətinin mətbuatla işləmədiyini deyib. Onun sözlərinə, xarici işlər nazirliyindən başqa, digər nazirliklər, o cümlədən prezidentin xidməti media ilə iş qura bilməyib. Bu səbəbdən də o məcazi mənada aeroport jurnalistikasının inkişaf etdiyini xatırladıb. Yəni jurnalistlər dövlət rəsmilərindən məlumat almaq üçün onların səfərə nə vaxt gedəcəyini izləməli olur.   

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı

  Başqa xəbərlər
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir
Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir
ABŞ-ın üç nəhəng  şirkəti iflasa uğrayacağı barədə xəbərdarlıq edir
ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək
Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır
İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi
Leyla Zana Türkiyə məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi
Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib
Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb
Hebron sakinləri zorla evakuasiya edilib
Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri
Helsinkidə Qarabağ danışıqları keçirilir
ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır
Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər  Audio Clip Available
Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır
Qubernator Bill Riçardson ticarət naziri vəzifəsinə nominasiya edilib
Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi planı NATO tərəfindən dəstəklənib
İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir
Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`