BP şirkəti
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərində bu gün sınaq testlərinə
başlayıb. Bu barədə “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəhbəri Tamam Bayatlı “Amerikanın səsi” radiosuna bildirib.
Onun sözlərinə görə, testlər
uğurlu olarsa kəmərin fəaliyyəti bərpa edilə bilər. Ancaq xanım Bayatlı sınaq
testlərinin nə vaxt başa çatacağını deməyib.
Bakı-Tbilisi-Ceyhan kəmərinin Türkiyə hissəsində yerüstü siyirtmə
qurğusunda bu il avqustun 5-də yanğın baş verib. Bundan sonra kəmər
dayandırılıb.