Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Bakıda məscidə qumbara atıblar, 2 nəfər həlak olub, 11 nəfər yaralanıb   

18/08/2008
Tapdıq Fərhadoğlunun “Məsciddə faciə” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Məsciddə faciə” reportajı -  - (MP3) audio clip

Dünən axşam Bakıda namaz vaxtı “Əbu Bəkir” məscidinə qumbara atılması nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. “Əbu Bəkir” məscidində əsasən vəhabi icması ibadət edir. Dünən daxili işlər və milli təhlükəsizlik nazirləri hadisə yerinə gəlib. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev “Amerikanın səsi” radiosuna bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla adam öldürmə və qanunsuz odlu silah saxlama maddələri ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin yüksək ixtisaslı əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Onun sözlərinə görə, hadisə ilə bağlı saxlanan yoxdur.

   Öz növbəsində müstəqil ekspertlər baş vermiş hadisəni qabaqcadan hazırlanmış terror kimi qiymətləndirir. “Təhlükəsizlik” Araşdırmalar mərkəzinin direktoru İlham İsmayıl hesab edir ki, Bakıda baş verənlərə İraqda şiə məscidində baş verən terror aktının fonunda qiymət vermək lazımdır. Onun sözlərinə, son yüz ildə Azərbaycanda ilk dəfədir ki. məsciddə dindarlara qarşı bomba hücumu qeydə alınır.

   Ekspert Əbu Bəkir məscidinə bomba hücumuna daha çox təriqətlərarası mübarizənin nəticəsi kimi baxır.

   “Əbu Bəkr” kimi tanınan məsciddə baş verənlər iki qrup arasında yaranmış narazılığın nəticəsidir. Oradakı qrupların bir-birini qəbul etməməsi belə hadisənin baş verməsinə səbəb olub. Lakin bu, dini problem kimi ortaya çıxmamalıdır”. Bu baəyanatı isə APA agentliyinə  müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə verib.

   Onun sözlərin görə, burada baş verənlər Azərbaycandakı tolerantlığa zərbə vura bilməz.
Bu gün ABŞ-ın və İsrailin Azərbaycandakı səfirlikləri də məscidə bomba hücumunu qınayan bəyanatlarla çıxış edib. Hər iki səfirlik həlak olanların ailələrinə baş sağlığı verib və cinayətə görə məsuliyyət daşıyanların tezliklə tapılacağına və cəzalandırılacağına ümid edir. “Azərbaycanın dini həmrəyliyi, dözümlülüyü ilə tanınır və bu hadisə insanlığa qarşı yönəldilib. ABŞ Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir”-deyə Amerika səfirliyinin bəyanatında qeyd olunur.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı

  Başqa xəbərlər
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir
Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir
ABŞ-ın üç nəhəng  şirkəti iflasa uğrayacağı barədə xəbərdarlıq edir
ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək
Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır
İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi
Leyla Zana Türkiyə məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi
Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib
Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb
Hebron sakinləri zorla evakuasiya edilib
Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri
Helsinkidə Qarabağ danışıqları keçirilir
ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır
Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər  Audio Clip Available
Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır
Qubernator Bill Riçardson ticarət naziri vəzifəsinə nominasiya edilib
Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi planı NATO tərəfindən dəstəklənib
İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir
Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`