Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Bakıda Əbu-Bəkr məscidinə qumbara atanlar müəyyən edilib

02/09/2008

 

   Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, 2008-ci il avqustun 17-də Əbu-Bəkr məscidində partlayış törədilməsində şübhəli bilinən şəxslər əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmiş, özünü "Dağıstan camaatı"nın əmiri elan edən "Əbdülməcid" ləqəbli İlqar Mollaçıyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir. Bu barədə MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında deyilir.

    MTN-in keçirdiyi əməliyyat nəticəsində 13 nəfər qrup üzvü həbs edilib, onlardan çoxlu sayda odlu silah, döyüş sursatı, partlayıcı qurğular, onların sxemləri, hazırlanma təlimatları, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar aşkar olunaraq götürülüb. "Həmin şəxslərdən  Taleh Məhərrəmov və Samir Babayev üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyyətləri barədə ətraflı ifadələr verib, Bildiriblər ki, Samir Mehdiyev, İlqar Mollaçıyev və digərləri iyulun 19-da Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək həmin şəxslərin yardımı ilə Bakı və Sumqayıt şəhərlərində yerləşib. Hazırlanmış plana əsasən, özlərini "Meşə qardaşları" adlandıran silahlı birləşməyə daxil olan "Sumqayıt camaatı" adlı birinci qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli, "Quba və Qusar camaatı" adlı ikinci qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr yaratmalı idi. Qrupun həbs edilmiş üzvlərinin verdiyi ifadələrə əsasən, "Əbu-Bəkr" məscidində baş vermiş hadisə İlqar Mollaçıyev və Samir Mehdiyev tərəfindən təşkil edilib".

   Məlumatda deyilir ki, hələ 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Meşə qardaşları" adlı silahlı birləşmənin 17 nəfər üzvü, o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilib. Həmin silahlı birləşməyə başcılıq edənlərdən biri İlqar Mollaçıyev, onun qaynı Samir Mehdiyev və qeyriləri barəsində isə cinayət təqibi davam etdirilib. Sumqayıt qrupu üzvlərinin həbsindən sonra Mollaçıyev və Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıb.
    MTN hazırda qrupun bütün üzvlərinin aşkar edilməsi və saxlanması üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərini davam etdirir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Helsinkidə Dağlıq Qarabağla bağlı bəyanat açıqlandı

  Başqa xəbərlər
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Rusiya Hindistana terrorizmə qarşı mübarizədə köməyini təklif edir
Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir
ABŞ-ın üç nəhəng  şirkəti iflasa uğrayacağı barədə xəbərdarlıq edir
ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək
Çin Birləşmiş Ştatları iqtisadiyyatın sabitləşdirilməsinə çağırır
İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi
Leyla Zana Türkiyə məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi
Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib
Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb
Hebron sakinləri zorla evakuasiya edilib
Barak Obamanın təyinatları və Amerika-Türkiyə münasibətləri
Helsinkidə Qarabağ danışıqları keçirilir
ABŞ xarici teleradioların Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparır
Qənimət Zahid və Mirzə Sakit  əfv olunsalar bunu normal qarşılayacaqlarını deyirlər  Audio Clip Available
Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır
Qubernator Bill Riçardson ticarət naziri vəzifəsinə nominasiya edilib
Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi
ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi planı NATO tərəfindən dəstəklənib
İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir
Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`