Amerikanın səsi ▪ Azerbaijani
Ən Etibarlı Xəbər Mənbəyi

Mətn
Axtar

 
Azərbaycanda diri quş satışına qadağa qoyulub

13/01/2006

Azərbaycan Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidməti ölkəyə quş qripi keçməsi ehtiamlını azaltmaq məqsədilə diri quş satışına qadağa qoyub. Eyni zamanda, dövlət baytarlıq xidməti bazarlarda quş əti satışına və ölkə ərazisində quş ətindən hazırlanmış dönər satışına qadağa qoyub. Bu barədə ölkənin baş baytarı İsmayıl Həsənov Amerikanın səsi radiosuna bildirib.   Onun sözlərinə görə, Azərbaycan Rusiya, Türkiyə, İran, Gürcüstan, Cənub-Şərqi Asiya və bir sıra Avropa ölkələrindən quş əti idxalını dayandırıb. İ.Həsənov ölkədəki bütün quşçuluq fermalarının qapalı rejimdə işlədiyini bildirib. «Biz quş ovuna da qadağa qoymuşuq. Hər gün çöl quşlarının monitorinqini aparırıq». Səhiyyə Nazirliyi isə bildirir ki, Azərbaycanda quş qripi hallarına yol verməmək üçün Rusiyadan xüsusi dezinfeksiya avadanlığı – 9 maşın və 200 çiləyici aparat, habelə xəstə quş leşlərini məhv etmək üçün maşın alınıb.   Nazirliyin mətbuat xidmətinin məlumatına görə, kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin köçəri quşların qışlama yerlərində birgə keçirdikləri 7 monitorinq zamanı quş qripi halları aşkar edilməyib. Səhiyyə Nazirliyində dezinfeksiya aparatlarının, bu xəstəliyin müalicəsində daha səmərəli vasitə olan “Tamiflu” dərmanının ehtiyatı yaradılıb. Mətbuat xidməti bildirir ki, hazırda virusologiya laboratoriyalarının imkanlarını gücləndirmək üçün beynəlxalq təşkilatlarla, habelə ABŞ-ın Müdafiə Nazirliyi ilə danışıqlar aparılır və yaxın günlərdə zəruri diaqnostika zərdablarının gətirilməsi gözlənilir. emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Məlumati çap etmək
  Baş xəbərlər
ABŞ-la Polşa arasında yekun sazişi imzalandı

  Başqa xəbərlər
Azərbaycan “Qafqaz evi”nə qoşulmaga razılıq verdi
Gürcüstanın azərbaycanlı deputatı: "Ölkəyə dəyən ziyan bir ilə aradan qaldırıla bilər"  Audio Clip Available
Amerika terrorla mübarizəni davam etdirəcək
Türkiyə Qafqazda sülh və sabitlik platforması irəli sürüb  Audio Clip Available
Bu gün Olimpiyadada 11 medal dəsti verilib
Əlcəzairdə bu gün də bomba hücumları həyata keçirilib
Varşava paktına əsasən Çexoslovakiyanın işğalından 40 il keçir
Zərdari Pakistanın yeni prezidenti ola bilər
Hindistan Kəşmirində hindularla polis arasında qarşıdurma baş verib
Metyu Brayza: ‘Ərazi bütövlüyü prinsipi birinci növbədə gəlir’
BP şirkəti Bakı-Tbilisi-Ceyhan kəmərində sınağa başlayıb
Ərdoğan ‘Qafqaz Evi’nə görə Bakıya gedir
NATO-nun  xarici işlər nazirləri Brüsseldə görüş keçiriblər
Əlcəzair polisinə bomba hücumu həyata keçirilib
Əfqanıstandakı Fransa hərbi qüvvələrinə hücum həyata keçirilib
Pekində atletika və gimnastika üzrə idmançılar 20 qızıl medal əldə ediblər
Rusiya tankları Gürcüstanın Qori şəhərini tərk edir
Gürcüstanla Azərbaycan neftin nəqli üçün danışıqlar aparır
Amerika Birləşmiş Ştatları Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır
Bakıda məscidə qumbara atıblar, 2 nəfər həlak olub, 11 nəfər yaralanıb     Audio Clip Available