Amerikanın səsi ▪ Azerbaijani
Ən Etibarlı Xəbər Mənbəyi

Mətn
Axtar

 
Azərbaycanın daha iki məntəqəsində ev quşlarında quş qripi aşkarlanıb

03/03/2006
Quş qripi ilə bağlı Tapdıq Fərhadoğlunun reportajı audio clip

  Bakının 72 kilometr şimalında yerləşən Giləzi quşçuluq fabrikində quş qripi virusu yayıldığına görə 550 minədək quş məhv edildikdən iki gün sonra  bu gun Azərbaycanın quş qripi xəstəliyinin qarşısının alınması  və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət komissiyası paytaxtdan 220 kilometr cənubda yerləşən Biləsuvar və 300 kilometr cənub-qərbdə yerləşən Füzuli raoynunda ev quşlarından quş qripi virusu aşkarlandığını bildirib. Koimsiyanın məlumatında deyiilir ki, Biləsuvar quşçuluq fabrikində və Füzuli rayonunun Böyük Bəhmənli kəndində fərdi vətəndaşın həyətindən ölmüş ev quşlarından götürülmüş patoloji materiallarda quş qripi xəstəliyi müəyyən olunub. «Hazırda virusun növünü müəyyən etmək üçün yerli laboratoriyalarda, o cümlədən London və Kiyev laboratoriyalarında müayinələr davam etdirilir. Hər iki xəstəlik ocağında baytarlıq xidmətinin mütəxəssisləri təlimata uyğun tədbirlər görür».     Təlimata uyğun olaraq xəstəlik ocağında üç kilometr radiusda yerləşən bütün ev quşları məhv ediləgək,  dezinfeksiya işləri aparılacaq və karantin elan edilib. Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidmətinin rəisi İsmayıl Həsənov Amerikanın səsi radisouna  Biləsuvar quşçuluq fabrikindəki bütün quşların məhv edildiyini bildirib        Baş baytarın sözlərinə görə, Giləzidə artıq xəstəliyin ocağından üç kilometr radiusda ev quşlarının məhv edilməsi başlanıb, Biləsuvarda isə oğaqda dizenfeksiya işləri başa çatdıqdan sonra ev quşlarının məhv edilməsi başlanacaq. emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Məlumati çap etmək
  Baş xəbərlər
Dmitri Medvedev Qərbi Gürcüstanı silahla təmin etməkdə günahlandırır

  Başqa xəbərlər
Hanna  Şimali və Cənubi Karolina ştatları sərhədlərinə yaxınlaşıb
Əli Zərdari Pakistanın yeni prezidentidir
Abdulla Gül Yerevandır
Kondoliza Rays Liviyadadır
İraqda 6 nəfər həlak olub
İran prezidenti  Pekindədir
Ömər Engin Lütem: “Gül Yerevanda Qarabağ münaqişəsinin dərhal həllini istəyəcək”
Azərbaycan müxalifəti prezident seçkilərini boykot etdiyini bəyan edib
Con Makkeyn rəsmən seçki kampaniyasına start verdi
Ekspert hesab edir ki, Xəzər regionu təhlükə mənbəyi olaraq qalır  Audio Clip Available
ABŞ Rusiyanın özünü təcrid etdiyini bildirir
ABŞ-ın müdafiə rəsmiləri gələn il İraqdan bir briqadanın çıxarılmasını təklif edirlər
Şimali Vəziristana raket hücumları davam edir
ABŞ-da işsizlik artıb
Taylandda baş verən siyasi gərginlik ölkənin iqtisadiyyatına mənfi təsir göstərir
Vəfa Quluzadə: “Azərbaycanın təhllükəsizlik təminatına ehtiyacı var”
Nino Burcanadze: Rusiya təcavüzünün qarşısı alınmalıdır
ATƏT Azərbaycana müşahidəci qrupu göndərır
Dik Çeyni: “Gürcülərin azad yaşamaq haqqı var”
Dəməşqdə regional sabitlik məsələləri müzakirə edilib
Viktor Yuşçenkonun partiyası ölkənin hakim koalisiyasını tərk edib
Əfqanıstan prezidenti onlarla insanın qətlə yetirildiyi Əzizabad kəndində olub